AFFA-nın Hakimlər Komitəsindən ikili standart – VİDEO
06.04.2011 - 11:35
Azərbaycan Premyer Liqasının XXV turunun “Bakı” ilə oyununda hakim haqsızlığı ilə üzləşən “Xəzər Lənkəran” rəhbərliyi ikili standartların mövcudluğundan narahatdır. Apasport.az-ın xəbərinə görə, klubun rəsmi internet saytı oxşar vəziyyətlərdə fərqli qərarların verilməsi nümunələrini futbolsevərlərin diqqətinə çatdırmağı lazım bilib.
Buna Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədovun Emeka Oparanın vurduğu qolun sayılmamasını düzgün qərar hesab etməsi səbəb olub.
Məmmədov bu epizoddakı qolu оyun qaydalarının müvafiq maddəsinin bəndinə zidd sayır. Lakin unudur ki, ötən mövsüm keçirilmiş və Anar Salmanovun idarə etdiyi “Qarabağ” – “Xəzər Lənkəran” oyununda meydan sahiblərinin qapısından necə qol keçirib. Həmin topun hansı səbəbdən qeydə alındığı da yalnız Məmmədov bilir.
Çempionluq uğrunda getdiyi yolda “Xəzər Lənkəran”ı xal itkisinə məruz qoyan 1 qol sayılıbsa, bu mövsüm oxşar epizodda vurulan qol nə üçün qeydə alınmayıb? Hakimlər Komitəsinin səhvlərinə qarşı növbəti dəfə mövqeyini açıqlayan “Xəzər Lənkəran” hər 2 qolun video görüntülərini də sayta yerləşdirib.

0
0