Bir öpüş, bir qırmızı vərəqə - VİDEO
06.04.2011 - 17:50
Bir öpüş, bir qırmızı vərəqə - VİDEO
Rumıniya çempionatının son turunda keçirilən “Rapid” – “Qaz Metan” oyunu qeyri-adi hadisələrə meydan olub. Apasport.az saytının məlumatına görə, fasilə ərəfəsində 2-ci olu vuran meydan sahiblərinin baş məşqçisi Mariuş Şumuduka həmkarlarından heç birinin etmədiyi hərəkətə yol verib.

Komandasının 0:1 hesabı ilə uduzduğu matçda dönüş yaratması onu o qədər sevindirib ki, baş məşqçi futbolçu olduğu vaxtları xatırlayıb. Meydana daxil olan Şumudika futbolçu kimi tribunalara tərəf qaçıb, tullanaraq yerə sırilib. Ona yaxınlaşan hakimi isə... tutub öpüb. Bu 1 öpüş qırmızı vərəqə bahasına başa gəlib. Nəticədə Şumudika qarşılaşmanı tribunadan izləməli olub.
0