Futbolçu intim əşyadan istifadəyə görə qovuldu - VIDEO
23.06.2011 - 15:19
Avstraliya futbolunda kuryoz hadisə baş verdi. Apasport.az saytının məlumatına görə, bu ölkənin komandaları olan “Old Hill Uonderers” və “Suinbern” komandalarının əvəzedici heyətlərinin oyununda futbolçu intim əşyaya görə meydandan qovulub. Birincilərin oyunçusu Aaron Eklston epizodların birində qasıq nahiyəsindən aldığı zərbədən sonra tumanını aşağı salıb. Məhz bu anda baş hakimi gözlənilmədən onun cinsiyyət orqanına taxdığı intim əşyanı görüb.
Meydana qayıdan Eklston qarşısında sarı vərəqə görüb ki, bu, onun üçün 2-ci olduğundan, meydandan çıxarılıb. Sonradan klubun nümayəndələri bildiriblər ki, futbolçularına 2-ci “sarı” 2 səbəbdən göstərilib. Belə ki, Aaron meydana həm icazəsiz qayıdıb, həm də intim əşyanı çıxardığını hakimə sübut edə bilməyib.

0
0