“Azarkeşlər “Maksimir”də cəhənnəm ab-havası yaradacaq”
13.07.2011 - 11:17
“Neftçi” ilə oyunun vacibliyini dərk edirik və səbirsizliklə başlamasını gözləyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Milan Badelj deyib.
Çempionlar Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə bugünkü ilk oyununa kapitan kimi çıxacaq Milan Azərbaycan çempionunu tərifləyib: “Obyektiv danışsaq, “Neftçi” çox yüksək keyfiyyətlərə malik komandadır. Ümumiyyətlə istənilən rəqibi qiymətləndirməmək düzgün olmaz. Lakin bir məsələ də var ki, biz “Maksimir”də oynayırıq və favoritik. Dolu tribunlar qarşısında isə ilk qələbəmizi qazanacağıq. Tamaşaçıların yaradacağı fenomenal ab-hava həm də cəhənnəm ab-havaını xatırladacaq. Şəxsən mən ilk dəfə “Maksimir”də anşlaq qarşısına çıxacağam”.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0