“Sumqayıt Şəhər” Rumıniya klubuna uduzdu
13.07.2011 - 11:04
Azərbaycan Premyer Liqasının debütantı olan “Sumqayıt Şəhər” klubu Avstriyada yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, komandamız bu ölkədəki təlim-məşq toplanışında Rumıniyanın 1-ci liqa təmsilçisi “Sportul” klubu ilə görüşüb. İlk hissədə əsas heyətdə meydanda olub və oyunda hesabı 17 yaşlılarımızdan ibarət yığmamızın da üzvü olan hücumçu Ruslan Nəsirli açıb. Komandalar fasiləyə 1:1 hesabı ilə yollanıb. İkinci hissədə təmsilçimiz əvəzedici heyətin futbolçularını meydana buraxıb və bu, oyunun nəticəsinə təsir göstərib. Belə ki, Buxarest klubu 6 qol vuraraq, böyük hesabla qalib gəlib – 7:1.
Qeyd edək ki, “Sportul” ötən mövsüm 18 komanda arasında sonuncu yeri tutaraq, 1-ci liqaya düşüb.
Qeyd edək ki, “Sportul” ötən mövsüm 18 komanda arasında sonuncu yeri tutaraq, 1-ci liqaya düşüb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0