“Bizdə çatışmayan elə bu idi”
14.07.2011 - 11:32
“Neftçi” ilə oyunda yaşananlar sadəcə olaraq fantastika idi. Neçə vaxtdır bizə çatışmayan elə bu idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Tonel deyib.
Portuqaliyalı müdafiəçi Çempionlar Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə oyunu haqda danışıb: “Klub rəhbərliyi Avropa arenasında bizdən nəticə istəyir. Bunun üçün bizə bax bu matçdakı kimi azarkeşlər lazımdır. Tribunalardakı azarkeşlər də, meydandakı oyun da məni çox sevindirdi. Hər şey əla idi. İşimizi tam bitirməmişik. Cavab oyununda çıxıb ciddi oyun göstərməliyik”.
Qeyd edək ki, ilk oyunda 3:0 hesabı ilə qalib gələn “Dinamo” ilə “Neftçi” arasında cavab oyunu iyulun 19-da keçiriləcək.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0