“İqor Mitreski uzun müddətə sıradan çıxa bilər”
15.07.2011 - 18:17
“Neftçi” Çempionlar Liqasının II təsnifat mərhələsində Zaqreb “Dinamo”su ilə cavab oyunu öncəsi heyətlə bağlı problemlə üzləşib. Komandanın baş məşqçisi Arif Əsədov apasport.az saytına açıqlamasında aparıcı müdafiəçi İqor Mitreskinin iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda cavab görüşündə meydana çıxmasının sual altında olduğunu bildirib. Əsədovun sözlərinə görə, Makedoniya milli komandasının üzvü ilk oyunda aldığı üzündən cavab görüşünü böyük ehtimalla buraxacaq: “Mitreskinin cavab matçında oynamağı sual altındadır. Çünki dizindən aldığı zədə ciddidir. Həkimlərimiz onu müayinə edəcəklər. İqor uzun müddət də sıradan çıxa bilər”.
Qeyd edək ki, İqor “Maksimir” stadionundakı 0:3 hesabı ilə uduzduğumuz görüşdə qapımıza 2 qol vuran hücumçu İqor Krsatonoviçlə mübarizədə aldığı zədə üzündən hələ 42-ci dəqiqədə əvəzlənməli oldu.
Mehman SÜLEYMANOV
Qeyd edək ki, İqor “Maksimir” stadionundakı 0:3 hesabı ilə uduzduğumuz görüşdə qapımıza 2 qol vuran hücumçu İqor Krsatonoviçlə mübarizədə aldığı zədə üzündən hələ 42-ci dəqiqədə əvəzlənməli oldu.
Mehman SÜLEYMANOV
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0