Braziliyadan rüsvayçı məğlubiyyət
18.07.2011 - 10:43
Argentinada keçirilən Amerika kubokunun 1/4 finalına yekun vurulub. Apasport.az saytının məlumatına görə, artıq son 2 yarımfinalçının adına aydınlıq gəlib. Bunlar iyulun 20-də üz-üzə gələcək Paraqvay və Venesuela milli komandalarıdır.
Paraqvay yığması 5 qat dünya çempionu Braziliyanı rüsvay edib. Daha doğrusu, yarışa əsas heyətlə yollanan sambaçılar özləri özlərini biabır ediblər. Qolsuz bitən matçın penaltilər seriyasında Braziliya kimi komanda 4 zərbədən heç birini vura bilməyib.
Elano, Tyaqo Silva, Abdre Santos və Fredin şansını qaçırması fonunda Paraqvay 3 zərbədən 2-ni vuraraq 2:0 hesablı qələbəni təmin edib. Braziliya yarışın digər favoriti Argentina kimi penaltilər seriyasında uduzaraq, kubok arzusu ilə vidalaşıb. Venesuela isə Çili üzərində 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, iyulun 19-da baş tutacaq digər yarımfinalda Peru və Uruqvay üz-üzə gələcək.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0