Qurbanov saat 19:15-də, Askam 20:45-də
19.07.2011 - 15:59
Avroliqanın II mərhələsi çərçivəsində iyulun 21-də Bakıda görüşəcək “Qarabağ”la “Streymur” klublarının baş məşqçiləri sabah mətbuat konfransı keçirəcəklər. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin çalışdırıcısı Qurban Qurbanov saat 19:15-də media nümayəndələrinin qarşısına çıxacaq.
Bu, oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. “Qarabağ” oyun öncəsi son məşqinə həmin arenada saat 19:30-da çıxacaq.
Farer adalarının təmsilçisinin baş məşqçisi Hedin Askam isə görüşün başlama saatında – 21:00-da Respublika stadionunda sonuncu məşqinə çıxacaq. O, mərkəzi arenada saat 20:45-də jurnalistlərin suallarını cavablandıracaq.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0