Flavinyo “Neftçi”dən gedə bilər - VİDEO
26.09.2011 - 13:47
“Bu cür oynamaq olmaz! Belə olan halda, Azərbaycana səviyyəli legioner də gəlməz. Bu kobudluqlara hakimlər də göz yummamalıdır. Çünki kobudluq edən futbolçular cəzalandırılsa, belə halların da qarşısı alınar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin braziliyalı futbolçusu Flavinyo deyib.
Premyer Liqanın ötən turunda "Bakı" ilə qarşılaşmasında zədələnən yarımmüdafiəçinin bir müddət oynamayacağı müəyyənləşib. Ona zədə yetirən “Bakı”nın və gənclər yığmamızın müdafiəçisi ötən mövsüm “Muğan”ın heyətində çıxış edərkən, daha ağır xətər yetirmişdi.
Belə ki, onda ayağı sınan Flavinyo uzun müddət yaşıl meydandan kənarda qalmışdı: “Bakı” ilə oyundan sonra bildim ki, məni zədələyən ötən mövsüm də ayağımı sındırmış futbolçudur. Maraqlıdır, amma təsadüf bir dəfə olur, iki dəfə yox. Allaha dua edirəm ki, bu dəfə ayağım sınmadı. Azərbaycanı çox sevirəm, maraqlı futbol çempionatı gedir. Ancaq bu cür hallar davam etsə, Azərbaycanı tərk etmək məcburiyyətində qalacağam”.
Mənbə: klubun saytı

0
0