Əsgər Abdullayev: Bu, məşqləri tam keçə bilməməyimizlə əlaqədardır
29.10.2011 - 17:26
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev komandasının göstərdiyi oyundan narazı qalıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Premyer Liqamızın XI turunun bu gün “Neftçi”yə səfərdə uduzduqları oyundan (0:1) sonra problemlərdən danışıb: “Turan” hələ mən istədiyim səviyyədə oyun nümayiş etdirmir. Bu da məşqləri tam keçə bilməməyimizlə əlaqədardır. Bütün problemlərimiz həll olunmaq üzrədir. “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm”.
0
0