Azarkeş futbolçunun qulağının dibinə “ilişdirdi” - VİDEO
01.11.2011 - 12:39
Azarkeş futbolçunun qulağının dibinə “ilişdirdi” - VİDEO
Rumıniya çempionatının XII turunda “Petrolul” – “Stayua” oyunu qarşılıqlığa görə yarımçıq dayandırılıb. Apasport.az saytının məlumatına görə, meydana çıxan azarkeş qonaq komandanın futbolçusunun qulağının dibinə “ilişdirib”. Baş hakimin 45-ci dəqiqədə “Petrolul”un qapısına penalti təyin edilməyi yerli azarkeşlərin narazılığına səbəb olub. Bunlardan biri meydana daxil olub və “Styaua”nın müdafiəçisi George Qalamaza arxadan var gücü ilə zərbə vurub. Onun komanda yoldaşı dərhal həmin azarkeşin üstünə cumaraq, çoxsaylı zərbələr vurublar. Nəticədə hakim “Styaua”nın 2 futbolçusu – qapıçı Razvan Stanç serbiyalı müdafiəçi Novak Martinoviçlə meydandan qovub.

“Styaua”nın idman direktoru Nakris Raduçan bildirib ki, xəstəxanaya çatdırılan Qalazamın qulağından şikayəti var: “Rumıniyada yığmasında 4 oyun keçirən futbolçunun üz sümüyü qırılıb. Onun bərpasına 6 həftə lazımdır”.

Oyun 7 dəqiqəlik fasilədən sonra davam etdirilib. Ancaq “Styaua” 2-ci qolu vuran kimi meydana fişənglər və kənar əşyalar atılıb. Nəticədə qonaqların qapıçısı Çiprian Tataruşanu xəsarət alıb. O, tribunalardan atılan fişənglərdən bir neçə ciddi yanıq alıb. Qapıçı həkimin yardımından sonra oyunu davam etdirməyə hazır olub. Ancaq hakim komandaları meydandan çıxararaq, paltardəyişmə otağına aparıb və oyunu dayandırıb.
0