“Qarabağ”dan 10 günlük səfər
23.11.2011 - 12:18
“Qarabağ” Ağdama yollanır. Apasport.az saytının məlumatına görə, noyabrın 26-da “Neftçi”ni qəbul edəcək Ağdam təmsilçisi paytaxtdan uzun müddət ayrı düşəcək.
Sabah Suraxanı qəsəbə stadionunda məşq etdikdən sonra Quzanlıya yollanacaq “Qarabağ” Bakıya 10 gün sonra dönəcək. Həftəsonu baş tutaca Premyer Liqanın XIV turundan sonra komanda noyabrın 30-da Azərbaycan kubokunun 1/8 finalında “Sumqayıt Şəhər”i də Ağdamda qəbul edəcək.
Dekabrın 4-də Tovuzda “Turan”la XV turun oyununa çıxacaq “Qarabağ” Bakıya qayıtmayacaq və Gəncəyə yollanacaq. 2 gün Azərbaycanın 2-ci şəhərində məskunlaşacaq ağdamlılar oyun günü Tovuza üz tutacaq. Buna görə də noyabrın 24-də Bakını tərk edəcək komanda bir də dekabrın 4-də axşam paytaxta dönəcək.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0