Toni Adams Azərbaycandan ayrıla bilmir
23.11.2011 - 15:06
“Qəbələ” klubunun sabiq baş məşqçisi Toni Adams Azərbaycanı tərk etməyib. Apasport.az saytının məlumatına görə, 45 yaşlı ingilis mütəxəssis hələ 2-3 həftə ölkəmizdə qalacaq.
Ötən ilin mayından yer aldığı klubun baş məşqçi postundan istefa verəndən sonra Qəbələdən gedən Adams Bakıda məskunlaşıb. London “Arsenal”ının əfsanəvi kapitanının hələ də ölkəmizdə olmağı isə uşaqlarının təhsili ilə bağlıdır. Belə ki, onun övladları Bakıda ingilis dilli beynəlxalq məktəbdə təhsil alırlar və Adams təhsili yarımçıq dayandırmamaq üçün tətili gözləyir. Nəticədə o, ailəsi ilə birgə dekabrın ortasından tez vətəninə yollanmayacaq.
Qeyd edək ki, 1 həftə öncə istefa verən Adams klub rəhbərliyinə ailəsinin Qəbələdə yaşamaq istəmədiyini söyləmişdi.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0