Berti Foqts: Rusiya və Portuqaliya yığmasının əsəblərini poza bilərik
25.11.2011 - 17:21
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsinin təqvimindən razı qalıb. Apasport.az saytının məlumatına görə, Lüksemburqda təqvimin müzakirəsi başa çatdıqdan sonra almaniyalı mütəxəssis oyunların ardıcıllığından məmnun qaldığını bildirib: “Yığmanın “sükanı arxası”nda qalıb-qalmayacağını bilmirəm. Ancaq təqvim bizim üçün uğurlu alındı. Ümumiyyətlə, Azərbaycan üçün əladır ki, ora Ronaldo Nani, Arşavin kimi ulduzlar gələcək. Bu, futbol həvəskarları üçün əsl bayramdır! Aydın məsələdir ki, qrupumuzda 2 aşkar favorit – Rusiya və Portuqaliya yığmasıdır. Ancaq digər komandalar Lüksemburq istisna olmaqla, uğurlu şərait nəticəsində onların əsəblərini poza bilər”.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0