“Komandama oyun boyu əzmkar mübarizəyə görə minnətdaram”
26.11.2011 - 20:54
“İki fərqli hissə oldu. İlk hissədə biz yaxşı oynayaraq, qol vurduq. Fasilədən sonra “İnter” bizə qol vurdu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri AZAL-ın baş məşqçisi Rafiq Mirzəyev deyib. Premyer Liqanın XIV turunun son oyununda səfərdə “İnter”lə 1:1 hesablı bərabərliyə qalan “təyyarəçilər” hazırkı çalışdırıcısının rəhbərliyi altında məğlubiyyətsiz seriyasını 3-ə çatıdırıb.
Mirzəyev 2-ci hissədə qol imkanlarından istifadə edə bilmədiklərindən gileylənib: “Komandama oyun boyu göstərdiyi əzmkar mübarizəyə görə minnətdarlığımı bildirirəm. Qol imkanlarımız olsa da, bunlardan istifadə edə bilmədik. “İnter”də gürcü həmkarım Kaxaber Sxadadzeni bu cür yaxşı komanda yaratdığına görə təbrik edirəm".

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0