Kaxaber Sxadadze: Qarşıdakı oyunlarda qazanılacaq xallar “qızıl xallar” olacaq
26.11.2011 - 21:07
“Qapımızda erkən qol gördük. Buna görə də ötürmələrdə səhvlər edirdik". Apasport.az saytının məlumatına görə, bu fikirləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib. Premyer Liqanın XIV turunda AZAL-la evdə 1:1 hesablı bərabərliyə qalan “bankirlər” 1-ci pilləyə yüksəlmək şansını əldən verdilər. Sxadadze məşqçi dəyişikliyindən sonra AZAL-da yüksəliş olduğunu bildirib: “Komandamız 2-ci hissədə daha yaxşı, istəkli oynadı. Qalib gəlsəydik, turnir cədvəlində 1-ci olacaqdıq. Ancaq bizi qarşıda hələ çox oyunlar gözləyir. Liderlər qrupunda yer alanlar arasında xal fərqi çox azdır. Bu üzdən qarşıdakı oyunlarda qazanılacaq xallar “qızıl xallar” olacaq”.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0