“Barselona” da uduzdu
27.11.2011 - 11:00
İspaniya çempionatında sensasiya qeydə alınıb. Apasport.az saytının məlumatına görə, dünya futbolunun nəhənglərindən olan “Barselona” mövsümdə ilk məğlubiyyətini alıb. Karaloniya təmsilçisi səfərdə “Xetafe”yə 1:0 hesabı ilə uduzub. Xosep Qvardiolanın yetirmələri sonuncu dəfə ötən mövsüm məğlubiyyət acısı yaşamışdı. Onlar bu il aprelin 30-da “Real Sosyedad”a uduzandan sonra 16 çempionat oyununda heç kimə “boyun əyməmişdi”. Bu matçlarda “Barselona” 10 qələbə qazanıb və 6 heç-heçə etmişdi. 210 gündən sonra alınan məğlubiyyət “Real”la xal fərqinin 6-ya çatmasına səbəb olub.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0