Amit Quluzadə oynamadı, komandası uduzdu
28.11.2011 - 00:15
Türkiyə çempionatının aşağı dəstəsində növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadənin çıxış etdiyi “Ərciyəsspor” klubu Bank Asiya I liqada 13-cü turun oyununa çıxıb. Kayseri təmsilçisi “Göztəpə İzmir”lə qarşılaşıb. İzmirlilər liderliyə yüksəlmək iddiasında olan “Ərciyəsspor”u 2:1 hesabı ilə məğlub edib. Həmyerlimiz bu görüşdə meydana çıxmayıb.
Qeyd edək ki, 13 oyundan sonra hesabında 25 xal olan kayserililər liderdən 2 xal geridə qalaraq 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 13 oyundan sonra hesabında 25 xal olan kayserililər liderdən 2 xal geridə qalaraq 2-ci pillədə qərarlaşıb.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0