Mirça Rednik 100-ə çatdı
29.11.2011 - 10:19
“Xəzər Lənkəran” indiki baş məşqçisi Mirça Rednikin rəhbərliyi altında topladığı xalların sayını 100-ə çatdırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu, Premyer Liqanın XIV turunun “Simurq”la oyununda gerçəkləşib.
Zaqatala səfərindən 2:2 hesablı heç-heçə ilə dönüb aktivinə 1 xal yazan komanda rumıniyalının başçılığı altında 54-cü oyununu keçirib. Bu görüşlərdə 27 qələbəsi olan “Xəzər Lənkəran” 19 dəfə 1 xalla kifayətlənib. Azərbaycana gələndən cəmi 8 məğlubiyyət görən Rednikin yetirmələrinin qazancı bununla da 100 xala çatıb. Bu klub tarixində 3-cü göstəricidir. Hazırda Rednik 2-ci olan Rasim Karadan cəmi 7 xal geri qalır.
“Simurq”la oyunda vurulan 2-ci qol da Rednik üçün əlamətdar olub. Belə ki, bu onun rəhbərliyi altında vurulan 70-ci – yubiley qolu olub.
Baş məşqçinin 2 yubileyi ilə yanaşı 2 futbolçu da Zaqatalada əlamətdar hadisə ilə üzləşib. Qapıçı Kamran Ağayev klubun heyətində 140-cı, Azərbaycan milli komandasının digər üzvü Branimir Subaşiç isə 10-cu matçını keçirib.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0