“Qəbələ” Deon Bartonu vətəninə göndərdi
29.11.2011 - 17:31
“Qəbələ” klubunun yamaykalı futbolçusu Deon Barton vətəninə göndərilib. Bu barədə Lent.az-a komandanın baş məşqçisi Fatih Kavlak məlumat verib.
Türkiyəli mütəxəssis 35 yaşlı forvardın zədələnməsini səbəb göstərib. Onun sözlərinə görə, “Neftçi” ilə Unibank Premyer Liqasının XIII tur matçında xəsarət alan Bartonun 3 həftəyədək sıradan çıxdığı məlum olub. Qış fasiləsinədək təqribən bu qədər müddət qaldığını nəzərə alan komanda rəhbərliyi ona öz evində müalicə olunmaq imkanı yaradıb.
Qeyd edək ki, Deon Barton 1:0 hesabı ilə nəticələnən qarşılaşmanın 51-ci dəqiqəsində zədələnərək, yerini komanda yoldaşı Nuran Qurbanova verib.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0