Ramil Diniyevin cəzası məlum oldu: O, bu il təyinat almayacaq
30.11.2011 - 10:54
Premyer Liqanın XIII turunda noyabrIn 20-də keçirilmiş qalmaqallı “Qəbələ” – “Neftçi” matçının (1:0) baş hakimi Ramil Diniyevin cəzası məlum olub. Apasport.az saytının məlumatına görə, kobud səhvlərə yol verən gənc referi bu il bir daha təyinat almayacaq.
Diniyev gələn ilin fevralınadək heç bir yarışda idarəçilik etməyəcək. Premyer Liqada bu il daha 5 tur olacaq və bundan sonra fevralın 10-dək fasilə yaranacaq. Ancaq Diniyev həmin vaxt Premyer Liqaya qayıtmayacaq. Onun cəzası bitəndən sonra aşağı yaş qrupları üzrə komandaların çempionatında hakimlik edib-etməməsinə baxılacaq.
Qeyd edək ki, Diniyev Qəbələdəki oyunun son saniyələrində meydan sahiblərinin qapısına şübhəli penalti təyin etmişdi.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0