“Neftçi” və AZAL-ın futbolçuları yığmaya lazım olmadı
17.02.2012 - 10:00
Makedoniya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, fevralın 29-da Lüksemburqla keçiriləcək yoxlama oyununa 19 futbolçu çağırılıb. DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan lüksemburqlularla qarşılaşmada çempionatımızda iştirak edən futbolçular olmayacaq. Belə ki, Azərbaycan Premyer Liqasında çıxış edən makedoniyalıların heç biri Con Toşakdan dəvət almayıb. Uelsli mütəxəssis “Neftçi”nin yarımmüdafiəçisi Slavço Georgiyevski və AZAL-ın müdafiəçisi Robert Petrovu yığmaya layiq bilməyib. Əvəzində “İnter”in sabiq futbolçusu Filip Despotovski millinin sıralarında olacaq.
Qeyd edək ki, “Neftçi”nin digər makedoniyalı futbolçusu İqor Mitreski yığma karyerasını bitirib.
Qeyd edək ki, “Neftçi”nin digər makedoniyalı futbolçusu İqor Mitreski yığma karyerasını bitirib.
- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
0
0