Amit Quluzadə 15 dəqiqə oynadı
05.03.2012 - 09:33
Türkiyə çempionatının Bank Asiya I Liqasında XXIV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadənin çıxış etdiyi “Ərciyəsspor” klubu öz meydanında “İstanbul Güngörənspor”la qarşılaşıb. Həmyerlimizin komandası bu matçda 2:0 hesabı ilə qalib gəlib. Amit oyunun 75-ci dəqiqəsində Serkan Atakı əvəzləyərək meydana çıxıb. Onun oyunu Türkiyə mətbuatı tərəfindən 2 ulduzla qiymətləndirilib.
Qeyd edək ki, 24 oyundan sonra hesabında 36 xal olan “Ərciyəsspor” 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, 24 oyundan sonra hesabında 36 xal olan “Ərciyəsspor” 6-cı pillədə qərarlaşıb.
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
0
0