Şüvəlandakı “leysan” Premyer Liqada yeni rekord vurdu
07.03.2012 - 18:12
Şüvəlandakı “leysan” Premyer Liqada yeni rekord vurdu
Premyer Liqada yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, cari mövsümdə ən çox qol təsnifat mərhələsinin sonunda vuruldu. Söhbət bu gün keçirilən XIX turdan təxirə salınan matçlardan gedir. Belə ki, azarkeşlər 6 oyunda 22 qol gördü. Bu isə orta məhsuldarlığın 3,7 top olmağı deməkdir.

Ən məhsuldar oyun AZAL – “Sumqayıt” matçında oldu. Belə ki, qolların az qala yarısı həmin matçda (6:3) vuruldu. Bu, məhsuldarlığına görə nəinki turun, ümumiyyətlə, mövsümün rekordu oldu. Bu turun yeganə böyük hesablı qələbəsi də məhz həmin matçda qeydə alındı.

Bunadək rekord 18 qol idi ki, onda da AZAL-ın ev oyununun nəticəsi həlledici olmuşdu. Belə ki, “təyyarəçilər” həmin vaxt Şüvəlanda “Simurq”a böyük hesablı qalib gəldikləri matçda 6 qol vurmuşdu – 5:1.

Premyer Liqanın cari mövsümündə vurulan qollar

Itur–16qol
IItur–12qol
IIItur–15qol
IVtur–13qol
Vtur–14qol
VItur–13qol
VIItur–10qol
VIIItur–15qol
IXtur–7qol
Xtur–13qol
XItur–12qol
XIItur–17qol
XIIItur–9qol
XIVtur–13qol
XVtur–17qol
XVItur–16qol
XVIItur–18qol
XVIIItur–12qol
XIXtur–22qol
XXtur–11qol
XXItur–14qol
XXIItur–12qol


Mehman SÜLEYMANOV