Federasiya ölkə çempionatını dayandırmağı qərara aldı
15.03.2012 - 12:02
Makedoniya Futbol Federasiyası ölkə çempionatını dayandırmağı qərara alıb. Apasport.az saytının məlumatına görə, buna səbəb makedoniyalılarla albaniyalılar arasında yeni etnik qarşıdurma nəticəsində yüksək gərginliyin yaranmağıdır. Onlar arasında bəzi qarşıdurmalar Makedoniya ərazisində, o cümlədən paytaxt Skopyedə olub.
İlk növbədə yüksək liqada XX turun Tetovo şəhərində keçirilən “Şkendiya” – “Vardar” və “Teteks” – “Napredok” oyunları təxirə salınıb. Ancaq reqlamentə görə ötən turun bütün matçları oynanılmamış növbəti tur başlaya bilməz. Buna görə də bütün çempionat qeyri-müəyyən müddətə təxirə salınıb.
Federasiyanın mətbuat xidməti XI turla yanaşı, II liqada XVIII turun oyunlarının təxirə salındığını bildirib.

- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0