Yenə “İnter”lə oyundan sonra istefa
16.03.2012 - 10:12
“Xəzər Lənkəran”ın baş məşqçisi postunda cari mövsümdə 2-ci istefa da “İnter”lə oyundan sonra reallaşıb. Apasport.az saytının məlumatına görə, “bankirlər” rumıniyalı Mirça Rednikin ardınca türkiyəli Cüneyt Biçəri də istefaya göndərib. Lənkəranlılar Premyer Liqanın XV turunda ötən ilin dekabrın 5-də evdə “İnter”ə 0:1 hesablı məğlubiyyətdən sonra Redniklə yollarını ayırdı. Dərhal baş məşqçi postuna gətirilən Biçər də həmin rəqiblə oyundan sonra gedəsi oldu. Fərq ondadır ki, bu, Azərbaycan kubokunun ¼ final mərhələsində “İnter”lə səfər matçı idi. “Şəfa” stadionunda keçirilən ilk oyunda lənkəranlılar 2:3 hesabı ilə uduzdu.
Ümumiyyətlə, “İnter” bundan öncə də cənub klubunda baş məşqçini dəyişdirib. Bu, 2005/06 mövsümünün əvvəlində çempionatda Tofiq Bəhramov adına Respublika stadionunda 0:2 hesablı məğlubiyyətdən sonra gerçəkləşdi. Maraqlıdır ki, onda da türkiyəli mütəxəssis – Rasim Kara paytaxtdakı məğlubiyyətdən sonra vəzifəsindən getdi. Düzdür, Kara 3 il sonra “Xəzər Lənkəran”ın “sükanı arxası”na qayıtdı ki, onda gedişi daha tez oldu.

- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0