Mirça Rednik rəsmən “Astra”da!
30.03.2012 - 13:35
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik yeni komandasında işə başlayıb. Apasport.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis vətənində “Astra” klubunu çalışdıracaq.
Martın 29-da yeni baş məşqçi kimi ictimaiyyətə təqdim olunan Rednikin az öncə “Petrolul”dan aldığı təklifə məhz buna görə imtina etdiyi məlum olub.
Rednik yeni komandasında “Xəzər Lənkəran”dakı köməkçiləri Mihay Teja, Covanni Melkiorre ilə birlikdə çalışacaq. Onun qapıçılarla işləyən məşqçisi isə tanınmış rumıniyalı qolkiper Silviu Lunq olub.
Məşqçilər korpusunda Valentin Sinesku da yer alıb.

- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0