FİFA Azərbaycan yığmasının üzvlərini siğortalyacaq
31.03.2012 - 09:14
Milli komandaların rəsmi oyunlarında çıxış edən bütün futbolçular sığortalanacaq. Apasport.az saytının məlumatına görə, belə qərar FİFA-nın İcraiyyə Komitəsinin yığıncağında qəbul edilib. Lakin bu qərar qurumun mayda keçiriləcək konqresində də təsdiqlənməlidir. Yığma üzvlərinin sığortalanması isə sentyabrın 1-dən qüvvəyə minəcək. Bu addım klubların ciddi narazılığından sonra qəbul olunub. Belə ki, klublar yığmalarda zədələnən futbolçularının müalicəsinə xərclədiyi pullara görə FİFA-ya şikayətlənirdilər.
Qeyd edək ki, FİFA-nın bu yeniliyi bütün yığmalar kimi Azərbaycan milli komandasına da şamil olunacaq.
Qeyd edək ki, FİFA-nın bu yeniliyi bütün yığmalar kimi Azərbaycan milli komandasına da şamil olunacaq.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0