“Bakı” ev sindromunu qırdı
01.04.2012 - 16:44
“Bakı” klubu 29 günlük fasilədən sonra Premyer Liqadakı ev oyununda qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, öz təlim-məşq bazasında keçirdiyi son 3 çempionat oyununda xala həsrət qalan paytaxtın eyniadlı təmsilçisi bu uğursuz sindromu “Qəbələ” ilə oyunda qırdı. XXVI turun oyununda 2:1 hesablı əzmkar qələbə qazanan bakılılar bununla da 29 günlük həsrətə son qoydu.
“Bakı” sonuncu dəfə öz meydanında keçirdiyi çempionat oyununda “İnter”i udmuşdu. Martın 3-dəki matç 1:0 hesabı ilə başa çatmışdı. Ardınca martın 7-də “Neftçi”yə 1:3, 11-də “İnter”ə 0:1, 24-də “Qarabağ”a 1:2 hesabı ilə uduzmuşdu.

- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0