Yığmamızın üzvü “3”ə layiq görüldü
01.04.2012 - 23:00
Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadə Türkiyə çempionatının Bank Asiya I Liqasında ən zəif oyunlarından birini keçirib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçimiz “Ərciyəsspor”un “Qaziantep Böyükşəhər Bələdiyyəsi” ilə qarşılaşmada zəif çıxış edib. Belə ki, Türkiyə mətbuatı Amitin oyununu cəmi 3 balla qiymətləndirib. Kayseri təmsilçisinin 2:1 hesablı ev qələbəsi qazandığı görüşdə Quluzadə 77-ci dəqiqədə meydana daxil olmuşdu. O, komandasının heyətində ən aşağı qiymət alıb.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0