“Bundesliqada oynayan azərbaycanlı kimi tarixə düşmək istəyirəm”
10.04.2013 - 15:04
Uzun müddətdir zədədən əziyyət çəkən milli komandamızın və “Hannover 96”nın futbolçusu Əli Gökdəmir sıraya dönür. Apasport.az saytının məlumatına görə, Almaniya doğumlu oyunçu təxminən ayın 15-dən sonra məşqlərə başlayacaq.
Belə ki, Gökdəmir ötən həftə sosial şəbəkələrdən birində paylaşdığı statusda bunları qeyd edib: “İki həftə sonra “Hannover 96”nın əsas heyətində məşqlərə və matçlara başlayacağam. Məşqlərdə çalışıb, Bundesliqada oynayan ilk azərbaycanlı olaraq tarixə düşmək istəyirəm”.
Qeyd edək ki, Əli Gökdəmir bu sözləri Azərbaycan türkcəsində yazıb.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0