Əslən azərbaycanlı futbolçu cəzalandırıldı
10.04.2013 - 20:39
“Lokomotiv”in heyətində çıxış edən əslən azərbaycanlı futbolçu Aleksandr Səmədov sərt cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, buna 28 yaşlı yarımmüdafiəçinin Rusiya Premyer Liqasının XXIII turu çərçivəsində “Terek”lə (1:1) qarşılaşması zamanı ehtiyat hakimi söyməsi səbəb olub.
Aprelin 6-da baş tutan görüşdə futbolçuya həmin vaxt heç bir cəza verilməyib. Hazırda isə Rusiya Futbol İttifaqının İntizam Komitəsi Səmədovu 3 oyunluq cəzalandırıb.
Belə ki, Aleksandr Premyer Liqanın aprelin 13-də “Zenit”lə, aprelin 20-də “Kuban”la, aprelin 27-də isə “Rostov”la qarşılaşmaları buraxacaq. Həmçinin İntizam Komitəsi ona, 100 min rubl (təqribən 2400 manat) cərimə də kəsib.
Qeyd edək ki, Səmədov bu mövsüm “Lokomotiv”in heyətində 23 matçda forma geyinib. Lakin o, heç bir görüşdə qol vurmağı bacarmayıb.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0