UEFA millimizin oyunlarını AzTV-dən alıb, İTV-yə verdi
11.04.2013 - 09:03
UEFA 2016-cı il Avropa çempionatının teleyayım hüququ ilə bağlı yeni müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun baş katibi Canni İnfantino Avropa Yayım İttifaqı (EBU) ilə anlaşdıqlarını bildirib.
Anlaşmaya əsasən, EBU Avro-2016-nın seçmə mərhələ oyunlarının İctimai telekanallarla yayımını tam şəkildə təmin etməlidir. Bu, UEFA-ya daxil olan 30 ölkəyə aiddir. Öz yığmasının ev və səfər oyunlarını yayımlamaq hüququ əldə edəcək ölkələr arasında Azərbaycan da var.
Bu isə o deməkdir ki, artıq növbəti seçmə mərhələdə millimizin ev və səfər qarşılaşmaları İctimai Televiziya (İTV) ilə yayımlanacaq.
Qeyd edək ki, yığmamızın DÇ-2014-ün seçmə mərhələsindəki oyunları “İdman Azərbaycan” və AzTV kanalları ilə yayımlanır.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0