Bernd Şuster Bakıda! - EKSKLÜZİV
12.04.2013 - 11:27
Avropa futbolunun məşhur simaları Azərbaycana gələcəklər. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ının sabiq baş məşqçisi Bernd Şuster bu ayın sonunda Bakıya təşrif buyuracaq. 59 yaşlı almaniyalı mütəxəssis mərhum prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq yoldaşlıq görüşünə dəvəti qəbul edib.
Bu haqda apasport.az saytına məlumat verən Azərbaycan Futbol Veteranları İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov “Real” və “Barselona”da oynamış Şusterlə yanaşı, “Milan”ın sabiq futbolçuları Jan-Pyer Papenlə Dari Şimiçin də razılıqlarını verdiyini bildirib. Papen ötən il “Bakı”nın, Şimiç isə AFFA-nın dəvəti ilə ölkəmizdə olub. Sonuncu ölkəmizdə keçirilən 17 yaşadək qızlardan ibarət dünya çempionatının səfiri idi.
Qeyd edək ki, Şuster 2011-ci ildə “Beşiktaş”dan gedəndən sonra işsizdir.
Mehman SÜLEYMANOV

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0