“Xəzər Lənkəran” son məşqinə çıxdı - FOTOLAR
12.04.2013 - 20:12
Bu gün “Xəzər Lənkəran” Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində görüşəcəyi “Turan”la oyunun baş tutacağı “Dalğa Arena”da matç öncəsi son məşqinə çıxıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, meydanda ənənəvi məşqdən öncə keçirilən qısa toplantı zamanı baş məşqçi Con Bencamin Toşak köməkçisi Emin Quliyevin 36 yaşının tamam olması münasibəti ilə təbrik edib.
Daha sonra futbolçular 1 saat ərzində məşqçilər korpusunun verdiyi tapşırıqları yerinə yetiriblər. Hazırda komandada yalnız ispaniyalı müdafiəçi Alvaro Silva yüngül zədədən əziyyət çəkir.
Qeyd edək ki, “Turan”- “Xəzər Lənkəran” matçı sabah saat 17:00-da Bakıda “Dalğa Arena”da baş tutacaq.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0