“İnter” Lomayanı cəzalandırdı!
15.04.2013 - 11:57
“İnter”in əsas qapıçısı olan Georgi Lomayanın son turlarda ehtiyatda oturmasının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, gürcü qapıçı həmyerlisi Revaz Tevdoradzeyə yerini son oyunlarda inamsız çıxışına görə verib.
Daha doğrusu, Gürcüstan yığmasının sabiq qolkiperi ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda komandanı yarımfinaldan edən səhvlərə yol verib. O, “Bakı” ilə “Şəfa” stadionunda baş tutan görüşdə xorvatiyalı Aleksandar Şoliçin və Şəhriyar Əliyevin Avropada həftənin “Top-10-luğ”una düşən qollarına mane ola bilməyib. Komandanın 1/2 finala çıxa bilməməsində əsas səbəbkarlardan biri kimi isə Lomaya görülüb.
Bu üzdən baş məşqçi Kaxaber Sxadadze pley-off mərhələsinin “Qəbələ” ilə matçında və son 2 turunda Tevdoradzeyə şans verib. Ancaq göründüyü kimi, 25 yaşlı qapıçı da “Qarabağ”la 2:3 hesabı ilə başa çatan oyunda ümidləri doğrultmayıb.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0