“Xəzər Lənkəran” Respublika stadionunda – FOTOSESSİYA
15.04.2013 - 13:40
“Xəzər Lənkəran” Azərbaycan kubokunda “Bakı” ilə ilk yarımfinal oyununun hazırlığına başlayıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Topaz Premyer Liqasının XXVI turunda “Turan”la Bakıdakı oyundan sonra 1 günlük istirahətə buraxılan komanda bu gün bir araya gəlib.
Aprelin 17-də “Bakı”nın qonağı olacaq lənkəranlılar səhər saatlarında Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxıb. Saat yarım davam edən hazırlıqda futbolçular taktiki planda müxtəlif çalışmaları yerinə yetirib.
Hazırda cənub klubunda ispaniyalı müdafiəçi Alvaro Silva zədədən əziyyət çəkir. O, fərdi olaraq fiziki hazırlıq üzrə məşqçi, həmyerlisi Erik Roketanın nəzarətində fərdi çalışmalar üzrə bərpa məşqi keçir.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0