Abdullah Avcı “Bakı”ya “hə” dedi
16.04.2013 - 17:03
Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Abdullah Avcı Bakıya gələcək. Bu haqda Lent.az-a 50 yaşlı mütəxəssislə danışıqları aparan “Bakı” klubu prezidentinin müşaviri Tunc Afşar məlumat verib.
Onun sözlərinə görə, 50 yaşlı mütəxəssis “Bakı”nın prezidenti Hafiz Məmmədovla AFFA-nın dəvəti əsasında ölkəmizə təşrif buyuracaq. Əvvəlcə Avcı aprelin 30-da paytaxtın eyniadlı komandası ilə İspaniya “Atletiko”su arasında Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək yoldaşlıq görüşünü izləyəcək.
Ertəsi gün isə o, Azərbaycan və dünyanın veteran futbolçularının Heydər Əliyevin 90 illik yubileyi münasibətilə yoldaşlıq görüşünün iştirakçısı olacaq.
Qeyd edək ki, “Atletiko”nun heyətində Türkiyə milli komandasının futbolçularından Arda Turan çıxış edir.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0