“İnter” “Simurq”la oyuna itkilərlə hazırlaşır
16.04.2013 - 19:10
Topaz Premyer Liqasının XXVI turu çərçivəsində “Qarabağ”la (3:2) keçirilən səfər oyunundan sonra “İnter”in futbolçuları “Şəfa” stadionunda bərpa məşqinə çıxıblar. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, dünən isə komandaya birgünlük istirahət verilmişdi.
Artıq bu gün Kaxaber Tsxadadzenin yetirmələri yenidən “Şəfa” stadionunda bir araya gələrək gün ərzində iki dəfə məşq ediblər. Sabah daha bir məşqin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, məşq prosesində “Qarabağ”la oyunda zədə almış Vladimir Levin iştirak etməyib. Kapitanın “Simurq”la keçiriləcək oyunda iştirakı sual altındadır. Bundna başqa, sarı vərəqə limitini keçdiklərinə görə Arif Daşdəmirov, Asif Məmmədov və Fuad Bayramov zaqatalılarla oyunda meydançaya çıxa bilməyəcəklər.
Xatırladaq ki, Azərbaycan Çempionatının 27-ci turunda keçiriləcək “İnter”-“Simurq” qarşılaşması aprelin 20-də “Şəfa” stadionunda baş tutacaq. Oyun saat 19.00-da başlayacaq.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0