“Fənərbaxça” məğlubiyyəti unutdu
18.04.2013 - 04:03
Türkiyə kubokunun yarımfinal mərhələsinin ilk oyun günündə səfərdə millimizin futbolçusu Ufuk Budakın komandası “Əskişəhərspor”la 1:1 hesablı bərabərə qalan “Fənərbaxça” bu mövsüm son 10 rəsmi matçda məğlub olmur. Apasport.az saytının məlumatına görə, “sarı bülbüllər” bu qarşılaşmanın 7-də qələbə qazanıb və 3-də isə heç-heçə edib.
İstanbul klubu sonuncu dəfə 03.03.2013-cü il tarixində səfərində “Beşiktaş”a 3:2 hesabı ilə uduzmuşdu. “Fənərbaxça” bu uğura Superliqa (5), Avropa Liqası (4) və ölkə kubokunda (1) nail olub.
Qeyd edək ki, Aykut Kocamanın komandası son 10 rəsmi oyunda 17 qol vurub və 5-ini isə qapısından çıxarıb.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0