“Qarabağ” legionerini itirdi
23.04.2013 - 11:59
“Qarabağ”da zədə sindromu bitmək bilmir. Apasport.az saytının məlumatına görə, ötən tur “Bakı” ilə oyunda Vaqif Cavadov sıraya dönsə də, komanda həmin matçda birdənbirə 2 müdafiəçisini itirib.
Belə ki, mərkəz müdafiəçisi Admir Teli ilə Ansi Aqolli ciddi zədə alıb. Görüşün 20-ci dəqiqəsində zədələnərək yerini Bədavi Hüseynova verən Aqollinin zədəsi isə ciddi olub. Albaniya yığmasının müdafiəçisinin 10-15 gün oynamayacağı dəqiqləşib. Aqollinin həmyerlisi Telinin zədəsinin nə vaxt sağalacağına isə yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, “Qarabağ”da bu futbolçulardan başqa, Branimir Subaşiç də zədəlidir. Millimizin serbiyalı hücumçusu uzun müddətə sıradan çıxıb.

- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi
0
0