Lənkəran çayının kəraməti
24.04.2013 - 08:48
Sizi əmin edirəm, Con Toşak "Xəzər Lənkəran"da uzun müddət işləyəcək. Ona görə yox ki, çox bacarıqlıdı, qarışqadan fil düzəldəcək, cənubluların qarşısına çıxan olmayacaq. Səbəb başqadır - bu adam işləməyi bacarır.
Təkcə meydandakı futbolçulara göstəriş verən, taktiki gedişləri yetirmələrinə aşılayan, onlardan maksimum fayda alan birisinə məşqçi demirlər. Məşqçi pedaqoq, psixoloq, söz sahibi, hər şeyə diqqət yetirən şəxsiyyət olmalıdı.
Hamının qalmaqalçı, lovğa, özündənrazı biri kimi tanıdığı Joze Mourinyonun hansısa futbolçu ilə problem yaşadığını eşitmisinizmi? O, klublarda elə şərait yaradır ki, hamı onun ətrafında birləşir, hətta Marko Materratsi kimi ürəksiz biri Joze "İnter"dən ayrılanda onun üçün göz yaşı axıdır, Uesli Sneyder Mourinyonu özünə atasından daha yaxın bilir. Çünki Joze "fişkadüzən" deyil, şəxsiyyətdi.
Bəs, bizdə vəziyyət necədi? Əksər məşqçilərimiz oyunçularla münasibətlərdə özünü başqa tərəfdən göstərir. Kimisi özünün gətirdiyi futbolçulardan faiz götürür, kimisi tapşırıqla işləyir, kimisi də bir başqasının torbasını tikib müvəqqəti iş yerinə sahib olur.
Toşak məşqçi kimi az-çox uğurları olan, nüfuzlu klublarda çalışmış birisidi. Çox gözəl bilir ki, Azərbaycanda heç vaxt hər mənada böyük futbol olmayacaq. Bura qazanmağa, normal çalışmağa, imkan daxilində yaxşı nəticə verməyə gəlib. Ancaq iş ondadı ki, bu adam yalnız bu günü düşünmür, "Xəzər Lənkəran"ın 10 illiyində ən azı ölkə səviyyəsində güclü ola biləcək komandanın konturlarını cızır. Və yaxşı bilir ki, bunun üçün təkcə Arşavini, Bellamini və ya hər hansı digər ulduzları almaq kifayət etmir. Lənkəran klubu yubiley ilində rəqiblərinə meydan oxumaq üçün hər mənada komplektləşməlidi.
Toşakın 2 oyundan sonra verdiyi açıqlamalar Azərbaycan miqyasında qeyri-adi görünür, ancaq hər birində məqsəd var. Uelsli öncə "Bakı"yla kubokun ilk yarımfinal matçından sonra sarı simə toxundu. Onun yalnız qapıçı Orxan Sadıqlını fərqləndirməsi 2 səbəbdən idi. Əvvəla, o, cənublu azarkeşlərin sevimlisi olan gənc qapıçını ruhlandırdı, ikincisi də rəhbərliyə mesaj verdi ki, iddialı komandanın ən yaxşısı yeniyetmə debütandısa, deməli, heyət bütünlüklə dəyişməlidi. Kəsəsi, transferlər üçün kisənin ağzını açın.
Məşqçinin "Sumqayıt"la son çempionat matçından sonra dedikləri isə başqa məqsədə qulluq edirdi. Başqa vaxt belə rəqiblə heç-heçəyə görə azarkeşlər tribunanı cəhənnəmə döndərərdilər. Ancaq Toşakın adı və xarizmasından ümidlənən fanatlar səbr etdilər. Uelsli isə bu oyunun əvvəlkilərlə müqayisədə daha yaxşı olduğunu bildirməklə yenə 2 jest etdi. O, həm işinin yavaş-yavaş nəticə verdiyini gözə soxmağa çalışdı, həm də oyunçulara mesaj göndərdi ki, özünü doğruldanlara etimad göstərəcək.
Bütün bunlar Toşakın sırf meydandakı işiylə bağlı atdığı addımlardı. Ancaq o, lənkəranlı fanatların nəyə qadir olduğu haqda məlumatlıdı, ona görə də indidən yerli camaatla dostlaşmağa başlayıb. Toşakın Lənkəran küçələrində velosipedlə dolaşmasını çoxları şou saya bilər. Ancaq Con Benjamin bununla sadəliyini ortaya qoyur, eyni zamanda ilk müqaviləsindən aldığı pulu ən bahalı maşınlara xərcləyən gənclərə insan kimi yaşamağın dəbdəbədən yox, sadəlikdən keçdiyini nümayiş etdirir.
Toşakın Lənkəran bazarından çəkilib yayılmış şəkillərinə baxanların da fikirləri birmənalı ola bilməz. Daha irəli gedib uelsli cılızlıqda ittiham edənlər də var, bunu piar kampaniyası sayanlar da, fotoları sadəcə, təbəssümlə seyr edənlər də. Amma əslində, gerçək odu ki, Toşak yerli camaatın ürəyinin ovuna çıxıb. Həmin camaatın ki, Mirça Rednik də onlara qarşı belə münasibətdə idi və Lənkərandan gedişi az qala ümumşəhər matəminə çevrilmişdi, rumın mütəxəssisə görə Kamran Ağayev başda olmaqla bir çoxlarını gözdən çıxardılar.
Toşakın göy-göyərti satılan bazarda sadə stolda oturub bir stəkan çay içməsi yerli fanatlar üçün böyük hadisədi. Uelsli rahat yaşamaq, yerli mədəniyyəti öyrənmək üçün bu addımı atır, yaşadığı yerin xüsusiyyətlərini öyrənməyə, camaatla dostlaşmağa çalışır. Vaxtilə İqor Ponomaryov da belə etməliydi, etsəydi, indi İsveçdə "ev dustağı" olmazdı, futbolçularla işləyərdi, lənkəranlılar artıq 2 turdan sonra onun istefasını tələb etməzdi. Ponomaryovun, Cüneyt Biçərin, Karles Bakesin problemi o idi ki, məhz işlərinin kimlərin diqqət mərkəzində olduğunun fərqində deyildilər. Əslində, onlar məhz bazarda işləyəni də əsl fanat olan lənkəranlıları qiymətləndirə bilmədilər, qarşılığını da eyni şəkildə gördülər.
Con Benjaminin boşqab boyda nəlbəkiyə qoyulmuş armudu stəkanda məhz Lənkəran çayı içməsi də simvolik idi. Bu, onun yerli dəyərlərə biganə olmadığının göstəricisidi. Onun bunu ürəkdən etdiyinə əmin deyiləm - bəlkə həqiqətən istədiyi üçün, bəlkə görüntü xatirinə edib. Amma artıq onunla lənkəranlı azarkeşlər arasında dostluğa gedən yolda ilk addım atıldı (Sport Ekspress).
Bu gün Toşakın ilk ciddi sınağıdı. "Xəzər Lənkəran"ın mövsümü titulla başa vurmaq ümidlərini qoruması üçün yarımfinalda "Bakı"nı keçməsi şərtdi. İlk oyunun nəticəsi qənaətbəxş olmasa da, hər halda şans var. Ancaq Toşak narahat olmaya bilər, hətta evdə növbəti məğlubiyyət reallaşacağı halda da heç kim uelslini qınamayacaq. Əvvəla, bu hələ onun komandası deyil, indi "Xəzər Lənkəran"ı Toşak sələflərindən bərbad gündə təhvil alıb. İkincisi də bazarda içilən bir stəkan Lənkəran çayı hələ onu bir müddət azarkeş qınağından qoruyacaq.

- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi
0
0