Yarımfinalların rekordçusu
25.04.2013 - 01:10
Çempionlar Liqasının yarımfinalının ilk oyununda “Real”ın qapısında 4 top keçirən Dortmund “Borussiya”sının hücumçusu Robert Levandovski yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, bu mərhələdə hələ heç bir futbolçu poker etməmişdi.
Yarımfinal görüşlərində yalnız 2 het-trik qeydə alınıb. Belə ki, 1997-1998 mövsümündə sözügedən mərhələnin ilk matçında “Yuventus”un futbolçusu Alessandro Del Pyero doğma publika önündə “Monako”nun qapısından 3 top keçirib. 4:1 hesabı ilə başa çatan oyunda İtaliya milli komandasının sabiq oyunçusu bu qolların 2-ni penaltidən vurub.
Digər het-trikin sahibi isə İvitsa Oliçdir. Xorvatiyalı forvard 2009-2010 mövsümündə “Bavariya”nın heyətində fərqlənib. Yarımfinal mərhələsinin “Lion”la səfərdə keçirilən cavab matçında Oliç münhenlilərin 3:0 hesablı qələbə qazanmasında əsl qəhrəman olub.
Qeyd edək ki, Levandovski Çempionlar Liqasında “Real”ın qapısına 4 top vuran yeganə futbolçu olaraq tarixə düşüb.

- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
0
0