Veteranlarımız Daşkənddə - FOTOSESSİYA
26.04.2013 - 16:07
Sabah Daşkənddə Özbəkistan və ölkəmizin futbol veteranları arasında yoldaşlıq oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu məqsədlə Özbəkistanda səfərdə olan futbol veteranlarımız ordakı səfirliyimizn əməkdaşları ilə birgə ümummilli lider Heydər Əliyevin Daşkənd şəhərindəki abidəsini və “Paxtakor”un təyyarə qəzasında həlak olan üzvlərinin məzarını ziyarət edərək AFFA-nın adından əklil qoyub.
Səfirliyin nəzdində yaradılmış Heydər Əliyev Mərkəzinə gedən veteranlar ümummilli liderin həyatının müxtəlif dövrlərini əks etdirən fotolarla tanış olub. Ölkəmizin Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev qeyd edib ki, özbək və azərbaycanlı uşaqların hər iki dövlətə və xalqa həsr etdikləri rəsmlər də burda toplanır.
Qeyd edək ki, veteranlar arasındakı görüş Heydər Əliyevin 90 illik yubileyi münasibətilə respublikamızın Özbəkistandakı səfirliyinin təşkilatçılığı ilə baş tutacaq. Bu qarşılaşma saat 17:30-da başlayacaq.

- “Qarabağ”ın sabiq futbolçusu Şotlandiyada ayın yaxşısı seçildi
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
0
0