“Simurq”un baş məşqçisi azarkeşi təpiklə vurdu
28.04.2013 - 17:51
Topaz Premyer Liqasının XXVIII turunda “Bakı” – “Simurq” oyunundan sonra qalmaqal baş verib. Apasport.az saytının məlumatına görə, qonaqların gürcü baş məşqçisi Georgi Çixradze matçdan sonra azarkeşin üstünə hücum edərək, ona xətər yetirib.
Belə ki, final fitindən dərhal sonra paltardəyişmə otağına yollanan 46 yaşlı mütəxəssis tribunadan azarkeşin ona söz atmasından sonra istiqamətini dəyişib. Bu zaman dəmir hasarı aşan Çixradze 65-70 yaşlı azarkeşin üzərinə cumaraq, onun sinəsinə təpiklə zərbə vurub.
Hirsi soyumayan çalışdırıcı ona söyüşlər də edib. İşə qarışmalı olan tribunadakılar Çixradzeni aralayaraq, olay yerindən aparıblar.
Qeyd edək ki, oyun bakılıların 2:1 hesablı qələbəsi ilə nəticələnib.

- “Qarabağ”ın sabiq futbolçusu Şotlandiyada ayın yaxşısı seçildi
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
0
0