“Xəzər Lənkəran”ın futbolçusunu çoxdan bəyənmişəm” – MÜSAHİBƏ
04.06.2013 - 11:45
Gürcüstanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Nodar Akobiyanın apasport.az saytına müsahibəsi
- Ardıcıl 2-ci finala çıxmağa yaxın olsanız da, Azərbaycan yığmasına oyun sonrası penaltilər seriyasında uduzdunuz...
- Mən deyərdim ki, bərabər səviyyəli komandaların oyunu oldu. Çox yaxşı matç alındı. Həm biz, həm də azərbaycanlıların 90 dəqiqədə qol vurmaq imkanı vardı. Sizin yığma çox yaxşı hazırlıq keçmiş bir komandadır. Penaltilərdə sizin bəxtiniz gətirdi.
- Ötən turnirin qalibi olan komandanız bu dəfə 3-cü yer uğrunda oynayacaq. Geriləməni nə ilə izah edərdiniz?
- Çünki ötən il çıxış edən başqa komanda idi. Onlar 1996, indikilər isə 1997-ci il təvəllüdlü futbolçulardı. Ona qalsa, biz ötən il də azərbaycanlılarla eyni səviyyədə oynamışdıq. Keçən ilki komandamızda fərdi oyunu ilə seçilən ifaçılar çox idi. Ən yaxşı futbolçu olan Zarandiya hər şeyi həll etdi. İndi bizdə belə oyunçu yoxdur.
- Bəs Azərbaycan yığmasında oyununu bəyəndiniz futbolçu oldumu?
- Mənim xoşuma 10 nömrəli futbolçu gəldi.
- O, “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Cəfərovdur...
- Çox yaxşı futbolçudur. Mən onu çoxdan tanıyaraq, bəyənmişəm. 8 nömrəli futbolçu da (Fərid Əsədli nəzərdə tutulur – red.) yaxşı yarımmüdafiəçidir.
- Sizcə, bu futbolçularımız xaricdə oynamaq gücündədir?
- Onların belə yüksək səviyyədə oynamaq üçün hələ yaşları azdır. Bir il sonra necə olacağını isə heç kim bilmir.
- Bəs yığmamız turnirin qalibi olmaq gücündədir?
- Bəli. Hesab edirəm ki, yığmamız bu il turnirdə 1-ci olmaq gücünə malikdir. Mən əsas yığmamızın oyununu görmədiyimdən, fikir deyə bilmərəm. Ümumiyyətlə, futbolçularınızın oyunu çoxdan gördüyümdən, çoxlarını tanımıram.
- Ardıcıl 2-ci il Azərbaycandasınız. Bakı, turnir haqda təəssüratlarınız necədir?
- Bura mənim çox xoşuma gəlir. Şəhəriniz daha gözəlləşib. Mən Tiflis “Dinamo”sunda işləyəndə SSRİ çempionatında oynadığınız zamanı gəlmişdim. Ancaq indi müqayisə olunmazdır. Sizin respublika irəliyə doğru çox böyük addım atıb. Bu, çox xoşdur. Mənə həm ötən, həm də indi gördüklərimi bəyənirəm.
- Keçən il “Dalğa Arena”da, bu dəfə isə “Bayıl Arena”da oynayırsınız...
- Hər iki stadion xoşuma gəldi. Burada hər şey yaxşılığa doğru dəyişib. Turnirin təşkilatçılığı da yüksək səviyyədədir. Mən nadir halda belə təşkilatçılıqla üzləşmişəm. Buna görə böyük məmnuniyyətlə Bakıya gəlirəm.
Mehman SÜLEYMANOV

0
0