“Azərbaycanda fərqli oyun nümayiş etdirən komandalarla oynadıq”
04.06.2013 - 20:54
“Bizim üçün əsas olan bu turnirdə oyun keyfiyyətimizi yaxşılaşdırmaq idi ki, bu mənada istəklərimizi həyata keçirə bildik”. Apasport.az saytının məlumatına görə, bu sözləri ABŞ-ın 17 yaşadək futbolçularından ibarət milli komandasının baş məşqçisi Cim Runi deyib.
O, III Caspian Cup beynəlxalq turnirinin 5-ci yer uğrunda keçirilən oyunda Özbəkistanı 5:2 hesabı ilə məğlub etmələrini dəyərləndirib: “Futbolçularım Azərbaycanda fərqli oyun nümayiş etdirən komandalarla oynadılar və bu onlar üçün yaxşı təcrübə oldu. Təbii ki, daha yüksək yerdə qərarlaşsaydıq, lap yaxşı olardı, amma bizim üçün nəticə o qədər də önəm kəsb etmirdi”.
Mənbə: affa.az

0
0