“Bu üzdən də Azərbaycan yığması ilə oynadıq”
03.07.2013 - 13:58
“Bu üzdən də Azərbaycan yığması ilə oynadıq”
“Dünya səviyyəli rəqiblə oyunda qüvvəmizi sınamaq istəyirdik. Bu üzdən də Azərbaycan yığması ilə oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadınlardan ibarət Polşa otüstü hokkey yığmasının baş məşqçisi Kşiştof Raçvalski deyib.

Mütəxəssis Azərbaycan yığması ilə ardıcıl 3-cü yoxlama oyunundakı 2:3 hesablı məğlubiyyət haqda fikirlərini açıqlayıb: “Azərbaycan millisi dünya reytinqində 16-cıdır. Vaxtilə Avropa çempionatının A divizionunda da çıxış edib. Bu matçlar bizim üçün çox dəyərli oldu. Çünki biz həmişə, hər rəqiblə matçda nə isə yenilik axtarırıq. Son oyunumuzda bir az yorğunluq da var idi. Çünki 6 gündə 5 yoldaşlıq oyunu keçirmişik”.