Türkiyədəki futbolçularımız turnirə qatılırlar
22.07.2013 - 15:05
“Dənizlispor” bu gün yeni mövsümün hazırlıqlarının ikinci mərhələsi üçün Boluya yola düşüb. Apasport.az saytının məlumatına görə, həmin şəhərdə toplanışa başlayacaq “xoruzlar” avqustun 2-dək burda toplanış keçəcək.
“Dənizlispor”un Boluda keçirəcəyi ilk yoxlama oyunundakı rəqibi də məlumdur. Saşa Yunisoğlu ilə Arif İsayevin komandası iyulun 24-də Gürcüstanın elita klublarından olan Rustavi “Metallurq”u ilə gücünü sınayacaq. Ümumilikdə isə Türkiyə klubu Boluda 4 yoxlama oyunu keçirəcək. Bundan sonra isə “yaşıl-qaralar” idman jurnalistlərinin şərəfinə hər il keçirilən ənənəvi TSYD kubokunda iştirak etmək üçün İzmirə gedəcək.

0
0